Şəhidlərimizin-Fəxri, Xudayar, Baloğlan və Eldarın adını daşıyan siniflər-GÜLOĞLULAR MƏKTƏBİNİN NƏCİB TƏŞƏBBÜSÜ VƏ ADDIMI – FOTOLAR

19 may tarixində (dünən) növbəti dəfə Bərdəyə, baş tacımız olan Şəhidləri-Şəhid ailələrini ziyarətə germişdik…

Bərdəyə çatan kimi, Güloğlular kənd məktəbində daha bir Şəhidimizin-Fəxri Qəribzadənin adına sinif verildiyini eşitdik, daha doğrusu, bu xəbəri Şəhidimizin anası Mehparə xanım (Qəribova) dedi…

Və təbii ki, bu sevindirici xəbərə reaksiyasız qala bilməzdik, Şəhid ailələrini ziyarətimiz zamanı ilk öncə evin tək oğlu, anası-Mehparə xanım tərəfindən minbir əziyyətlə, təkbaşına böyüdülmüş və Ağdərə istiqamətində Şəhid olmuş MAXE Fəxri Qəribzadənin Güloğlular kənd orta məktəbində adına verilmiş sinif otağına baş çəkməyə yollandıq…

Özü də Şəhidimizin ailə üzvləri-anası Mehparə xanım, bacısı Türkanə xanım, bacısının 3 övladı və dayısının həyat yoldaşı ilə birlikdə…

Bu yerdə onu da qeyd edək ki, Güloğlular məktəbində 4 Şəhidimizin adına sinif verilib-Fəxrinin, Xudayar Yusifzadənin, Baloğlan Nağıyevin və Eldar Sadıqovun…

Fəxri, Xudayar Baloğlan İkinci Vətən Müharibəsinin, Eldar isə Birinci Qarabağ Savaşının Şəhididir…

Bu nəcib təşəbbüs isə məktəbin kollektivi və 10 ildən çoxdur ki, məktəbə uğurla rəhbərlik edən, çox səmimi və çox vətənpərvər insan – məktəb direktoru Tinatin xanım tərəfindən gəlib və reallaşdırılıb…

Əslən Ağdamlı və 3 övlad (iki oğlan və bir qız) anası olan Tinatin müəllim həm də Qazi qohumu, yaxınıdır…

Tinatin xanımın qızının həyat yoldaşı Fərahim Əşrəfli İkinci Qarabağ Savaşının iştirakçısı və Qazisidir…

Fərahim də digər Vətən sevdalıları kimi, İkinci Qarabağ Savaşının ilk günlərindən döyüşlərdə olub…

Döyüşüb, vuruşub, igidliklər göstərib…İki dəfə xəsarət alıb, yaralanıb, ölümdən dönüb

Göstərdiyi igidlik, qəhrəmanlıq dövlətimiz, Ali Baş Komandan tərəfindən də dəyərləndirilib, İgidimiz medalla təltif olunub…

Allah qorusun, İgidimizi-Fərahimi!

…Sonra Şəhidimizin ailə üzvləri ilə bir-bir Şəhidlərimizin adlarını daşıyan sinifləri, sinif otaqlarını gəzdik, onlara baş çəkdik, bu nəcib və gözəl təşəbbüslərinə, addımlarına görə,məktəb kollektivinə, başda da Tinatin xanım olmaqla, minnətdarlığımızı ifadə etdik…

Sonda da xatirə fotoları çəkdirdik…

Allah cəmi Şəhidlərimizə rəhmət etsin, məzarlarını nurla doldursun!

Allah Güloğlular məktəbinin kollektivinə də gələcək işlərində, fəaliyyətlərində uğurlar, nailiyyətlər nəsib etsin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bərdə Şəhidləri: “Azərbaycan Bayrağı” ordenli Xudayar, “Qarabağ” ordenli Asəf, 4 medallı Devran, iki medallı Ərəstun, məzarının üstü hələ də götürülməyən Calal, evin tək-yeganə övladı, ata qayğısı görməyən Elməddin…ŞƏHİDLƏRİMİZİN ADINI DAŞIYAN SİNİFLƏR… – KAMİL HƏMZƏOĞLU YAZIR – FOTOLAR

Read Next

Əri tərəfindən tərk edilmiş, yeganə övladını təkbaşına böyütmüş, oğlunu-Elməddinini Şəhid vermiş – TƏNHA, KİMSƏSİZ ŞƏHİD ANASI… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir