Şəhidliyindən bir il öncə atasını itirən-ailənin tək və subay övladı Yusif Budaqov: BU GÜN ŞƏHİDLİYİNDƏN İKİ İL KEÇDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün Bakının Səbail rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan evin-ailənin tək övladı Yusif Ramiq oğlu Budaqovun Şəhidliyindən iki il keçir.

Yusif Budaqov iki il öncə-bu gün, 2020-ci ilin 27 oktyabr tarixində Şəhidlik məqamına ucalıb.

Etikxeber.az xəbər verir ki, Yusif Budaqov 1997-ci ilin 11 oktyabrında Bakı şəhərində dünyaya gəlib.

O, ailənin tək-yeganə övladı olub.

Atasını da Şəhidliyindən az öncə, 2019-cu ilin yayında itirib.

Orta məktəbi bitirdikdən sonra, 2015-2017-ci illərdə hərbi xidmətdə olub, dizayn üzrə kollec təhsili alıb.

İkinci Vətən Müharibəsindən bir neçə gün öncə isə təlimə və səfərbərliyə cəlb olunub.

Müharibə başlayan kimi də, döyüşlərdə iştirak edib.

23 yaşını da oktyabrın 11-də müharibədə-səngərdə, güllə, mərmi yağışları altında döyüş yoldaşları ilə birlikdə qeyd edib.

Ancaq doğum günündən bir neçə gün sonra isə Yusifdən xəbər almaq mümkün olmayıb.

Füzuli istiqamətində döyüşlərdən birində (oktyabr ayının 27-də) həlak olan Şəhidin nəşi oktyabrın 30-da anasına, yaxınlarına təhvil verilib, oktyabrın 31-də də Badamdar qəbiristanlığında dəfn edilib.

Şəhidliyindən sonra medallarla təltif olunub.

***

Şəhidliyinin ikinci ili bağlı bu gün səhər saatlarında Yusif Budaqovun məzarı ziyarət olunub.

Ziyarətə Şəhidin tək-tənha yaşayan anası Lətafət xanım, yaxınları, Şəhid ailələri, Qazilər, din xadimləri, məktəblilər, Səbail rayon rəhbərliyi və digər şəxslər qatılıblar.

Ziyarət zamanı məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Qısa çıxışlar edilib, Şəhidin, Şəhidlərin İkinci Vətən Müharibəsindəki İgidliyi və Qəhrəmanlığından bəhs olunub, Yusif Budaqovun anasına Allahdan səbr və dözüm arzulanıb.

Məzarını ziyarətdən sonra Şəhidlə bağlı Anım mərasimi keçirilib, adına ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar edilib.

Nur içində yatsın, məkanı cənnətlik olsun!

12:40

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İkinci Vətən Müharibəsinin 27 oktyabr Şəhidi: Ailənin 3 övladından biri, tək oğul Elməddin Namazovun-ƏBƏDİYYƏTƏ UĞURLANMASININ İKİNCİ İLİNDƏ EV-MUZEYİNİN AÇILIŞI OLDU… – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

UEFA Avropa Liqası: “NANT”-QARABAĞ” – 2:1 – YENİLƏNİB – (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir