Səhiyyə Nazirliyi: “Dərman şirkətlərinin Azərbaycan hökumətinə müraciət etməsi məsələsi artıq həllini tapıb”

Xarici valyuta ilə bağlı problemlərlə əlaqədar dərman şirkətləri Azərbaycan hökumətinə müraciət etməsi məsələsi artıq həllini tapıb”.

Etikxeber.az-ın APA-nın xəbərinə görə, səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib ki, Mərkəzi Banka bununla bağlı müvafiq tapşırıq verilib. Onun sözlərinə görə, yeni qəbul ediləcək sənədlə qaydalarda müəyyən dəyişikliklər olacaq: “Dərmanların qeydiyyatı və qiymətlərin tənzimlənməsi qaydalarında düzəlişlər ediləcək. Hazırda Mərkəzi Bankın həmin günə olan məzənnəsi əsas götürülür. Amma burda dəyişiklik nəzərdə tutulur. Həmin gün üçün bazarda valyutanın (dolların) real qiyməti əsas götürüləcək”.
Qeyd edək ki, bir müddət öncə Elsevər Ağayev jurnalistlərə açıqlamasında bildirib ki, valyuta ilə bağlı problemlərin dərman qıtlığına yol açacağına dair məsələ hər kəsi narahat edir. Dərman şirkətləri baş nazirin müavini Əli Əhmədova müraciət edib. Bu müraciət Səhiyyə Nazirliyinə də göndərilib.

Etikxeber.az

Read Previous

Prezident: “Zavodun yenidən qurulması inkişafa veriləcək çox böyük töhfə olacaq”

Read Next

Rüfət Aslanlı: “Kredit bürolarının fəaliyyəti ilə bankların xərclərini azaldacaq”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir