Şəkinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Vasif Həmidovun Cənnətdəki üçüncü doğum günüdür-BU GÜN ONUN 36 YAŞI TAMAM OLUR…

Şəki şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən Vasif Natiq oğlu Həmidovun bu gün doğum günüdür.

Bu gün Vasif Həmidovun bu gün 36 yaşı tamam olur.

Bu, Şəhidin həm də Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Etikxeber.az-ın xəbərinə görə, V. Həmidov 1987-ci ilin 4 iyun tarixində Şəki şəhərində, sadə bir aildə dünyaya gəlib.

Ailənin iki oğlan övladından biri, evin böyük oğlu olub.

yaşında orta məktəbə gedib, məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.

Əsgərliyini başa vurduqdan sonra evinə, ailəsinə dönüb.

Müxtəlif sahələrdə çalışıb, fəhlə işləyib.

İkinci Vətən Müharibəsi başlayan kimi özü könüllü şəkildə döyüşlərə yollanıb.

Sentyabrın 30-dan oktyabrın 20-nə kimi döyüşlərdə iştirak edib.

Okytabarın 20-də isə  Tərtər-Ağdərə istiqamətində döyüşlər zamanı ağır şəkildə yaralınıb.

5 gün komada qalıb, həkimlərin səyinə, müdaxiləsinə baxmayaraq, onun həyatını qurtarmaq mümkün olmayıb.

Oktyabrın 26-da Şəhidlik məqamına ucalıb.

Bir gün sonra, oktyabrın 27-də isə nəşi Şəki şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Üç medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovaşının azad olunmasına görə” medalları ilə təltif olunub.

Vasif həm də ailəli idi.

İki övladı-bir oğlu və bir qızı Vətənə, ailəsinə əmanət qalıb.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Oktay Yılmazla, Çavuşoğlu Fidanla, Soylu Yerlikayayla, Akar isə Gülərlə əvəzləndi-TÜRKİYƏNİN YENİ VİTSE-PREZİDENTİ VƏ NAZİRLƏRİ BƏLLİ OLDU

Read Next

Zakir Həsənov Akar və Gülərə-MƏKTUB ÜNVANLADI – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir