Saatlıda altı yaşayış məntəqəsini birləşdirən yol təmir olunur – “Azəravtoyol” – FOTO

Saatlı rayonu Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun yenidən qurulması işlərinə start verib.

“Azəravtoyol” ASC-dən Etikxeber.az-a verilən məlumata görə, hazırda sözügedən avtomobil yolunda yol yatağının tikintisi işləri aparılır.

Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirilib. Yol geyiminin əsasının tikintisi işləri qum-çınqıl və optimal qırmadaş qarışığından aparılır.

Yenidən qurulan yol əvvəllər torpaq və çınqıl örtüklü olub. Məhz bu səbəbdən istər vətəndaşların, istərsə də avtonəqliyyat vasitələrinin gediş-gəlişində əsasən payız-qış mövsümündə bir sıra çətinliklər yaranırdı.  Ancaq yolun yenidən qurulması ilə bu problemlər geridə qalacaq.

Uzunluğu 14 km, eni isə 10 metr olan yol 4-cü texniki dərəcəyə uyğun bərpa edilir. Layihə çərçivəsində 2 hərəkət zolaqlı yolun çiyinlərinin eni 2 metr, hərəkət hissəsinin eni isə 6 metr təşkil edəcək. Yolun 85 min kvadratmetr sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

Asfaltlanma işləri bitdikdən sonra zəruri olan yerlərdə yol nişanları və təhlükəsizlik dirəkləri quraşdırılacaq, üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Eyni zamanda zəruri olan yerlərdə suların ötürülməsi üçün 31 ədəd müxtəlif diametrli suötürücü boruların da quraşdırılması işləri görüləcək.

Qeyd edək ki, 6 yaşayış məntəqəsinin sakinlərinin gediş-gəlişini xeyli rahatlaşdıracaq, təhlükəsiz və maneəsiz hərəkət etmələrinə imkan yaradacaq Saatlı-Musalı Dəlilər-Novruzlu avtomobil yolunun tikintisi bu il yenidən qurulması nəzərdə tutulan 40 kənd və qəsəbələrarası avtomobil yolları layihələrindən biridir.

Etikxeber.az

Read Previous

DEPUTAT: “Hər zaman yanınızdayıq” dedik…” – FOTOLAR

Read Next

Sosial evlərə ipoteka hüququ olan gənc ailələr sahib ola biləcək – EKSPERT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir