Sabah hava necə-OLACAQ?

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ETSN Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunundan 771 mm civə sütununa enəcək.

Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən noyabrın 17-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.

Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-11° isti, dağlarda gecə 3-8°, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° isti olacaq.

Etikxeber.az

Read Previous

MM-də büdcə müzakirələri: Tahir Mirkişili “Büdcədə nəzərdə tutulan vəsait 1,6 milyon insanı əhatə edəcək”-dedi, Maliyyə naziri “inamlı inkişaf templəri”ndən, İQTİSADİYYAT NAZİRİ “YENİ İQTİSADİ DÖVRƏ QƏDƏM QOYULMASI”NDAN, ELMAN RÜSTƏMOV “ƏRZAQ İNFLYASİYASI”NDAN DANIŞDI – YENİLƏNİB – (4)

Read Next

Daha iki hərbi qulluqçumuz-YARALANDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir