Sabiq prezident ölüm ayağındadır

Şimon Peres koma vəziyyətindədir, süni nəfəs vermə aparatına qoşulub.
İsrailin sabiq prezidenti Şimon Peresin vəziyyəti birdən-birə kəskin pisləşib və o, xəstəxanaya yerləşdirilib.
Etikxeber.az İsrail mediasına istinadən xəbər verir ki, iki həftə bundan öncə  insult-beyin  qansızması keçirən Ş.Peresin vəziyyəti bu gün birdən-birə pisləşib.
Həkimlər isə ümidverici  rəy bildirməyiblər. Həkimlərin fikrincə, artıq Ş. Peresin neyroloji vəziyyəti geriyədönməz xarakter alıb.Həkimlər onun ömrünün son anlarını yaşadığını bildiriblər.
 Artıq 93 yaşlı sabiq prezidentə koma vəziyyətindədir və o, süni nəfəs aparatı qoşulub.
M.B
 Etikxeber.az

Read Previous

“Məktəblinin dostu” pilot layihəsi üzrə imtahanlara başlanılır

Read Next

“ADEX 2016”-da 34 ölkəni 216 şirkət təmsil edir-YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir