44 günlük tarixi İkinci Vətən Müharibəsinin Dastan yazan İgidlərindən biri də Qazi Seymur Rafiq oğlu Məmmədovdur…
Seymur əslən Daşkəsən rayonundan olsa da, orada dünyaya gəlsə də, uşaqlıqdan Azərbaycanımızın ikinci paytaxtı hesab edilən Gəncə şəhərində böyüyüb, boya-başa çatıb, orada yaşayıb…
1995-ci ilin 30 oktyabr tarixində anadan olan İgidimiz ailədə 3 uşaqdırlar, özündən yaşca böyük iki bacısı var…
26 yaşlı Qazimiz özü də ailəlidir, iki gözəl köprə-övlad, bir qız, bir oğul atasıdır…
Seymur da taleyini hərblə bağlayanlardandır…
Belə ki, 21 yaşından, 2016-cı ilin iyul ayının 10-dan İkinci Vətən Müharibəsi başlayana kimi, MAXE olub,
MAXE kimi Ağcabədi, Beyləqan və Gəncədə xidmət göstərib, sülhməramlıların tərkibində-taqım komandirinin müavini, manqa komandiri olub…
Döyüşlərə, müharibəyə də özü, öz istəyi, öz qəlbinin hökmü ilə könüllü şəkildə yollanıb…
Baş atıcı olub..
Müharibənin ilk dəqiqələrindən döyüşlərdə olub, cəbhənin Cəbrayıl-Qubadlı istiqamətlərində ağır döyüşlərdə iştirak edib…
Qəhrəmanlıqlar, igidliklər nümayiş etdirib…
Və ağır döyüşlərin birində, oktyabrın 19-da Qubadlı istiqamətində ağır döyüşlərdə çox ağır şəkildə yaralanıb…
Belindən qəlpə yarası alıb, qəlpə böyrəyini deşib parçaladığı üçün sağ böyrəyi kəsilib götürülüb, ciyəri əməliyyat olunub…
Onurğa sümüyü çanaq sümüyü sınıb, yerişində, hərəkət etməsində ciddi problemlər var və hələ də qalmaqdadır…
Özünün də dediyinə görə, bel nahiyəsindən aşağı, ayaqlarının (qıçlarının) cəmi 20 faizini işlədə bilir…
“Qoltuq ağaclarının hesabına bir balaca hərəkət edə bilirəm…Amma bötövlükdə yerişim, hərəkət etməm çox çətindir…Belimin ağrısına görə, yeriyə bilmirəm…”-deyə, Qazimiz sözlərinə əlavə edir.
Hazırda da Buzovnada Sanatoriya və Reabilitasiya Mərkəzində reabilitasiya kursu keçir…
İgidimizin, Qazimizin qəhrəmanlığı dövlətimiz, Ali Baş Komandan də tərəfindən qiymətləndirilib…
“Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub…
Haqqıdır, Haqq etdiyini də alıb…
Qazimiz səhhətinin ağırlıqlarına baxmayaraq, yenə də nikbindir, yenə də yüksək əhval-ruhiyyəlidir və yenə də Vətənin keşiyində dayanmağa hazırdır…
Fəxr etməmək, qürur duymamaq, sadəcə, mümkün deyil…
Allah cəmi İgidlərimizi, Seymur da daxil olmaqla cəmi Qazilərimizi qorusun, onlara kömək olsun, şəfa versin!
Amin!




Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az