Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti- MACARISTANDA – FOTO

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Macarıstana rəsmi səfəri başlayıb.

Etikxeber.az-ın xəbərinə görə, iyunun 28-də Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Macarıstanın paytaxtı Budapeşt şəhərinə gəlib.

“Budapeşt Liszt Ferenc” hava limanında nümayəndə heyətimizi Macarıstan parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Attila Tilki, Macarıstan parlamentinin Parlamentlərarası əlaqələr üzrə departamentinin rəhbəri Layoş Kohari, ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev və digər rəsmi şəxslər qarşılamışlar.

Sabah Milli Məclisin nümayəndə heyətinin Budapeştdə rəsmi görüşləri başlayacaq.

Etikxeber.az

Read Previous

Əliyev Qaribaşvilini-TƏBRİK ETDİ

Read Next

“Məruz qaldığımız vəhşiliyə, törədilən sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətlərinə görə mübarizəmizi hüquqi yolla davam etdirəcək, məsuliyyət daşıyan tərəfin üzr istəyib təzminat verməsinə də məhz bu yol xəritəsi çərçivəsində nail olacağıq”-BƏHRUZ MƏHƏRRƏMOV YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir