Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Donald Trampın prezident seçilməsiylə, artıq Fətullah Gülənin üzərindəki mühafizə qalxanı qalxıb. Amerika artıq Güləni qorumur”.
Etikxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Trampın türk müşaviri Sal Sayqın Şimşək mətbuata açıqlamasında belə deyib.
Belə ki, S. Şimşək bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Tramp arasında baş tutan telefon danışığından sonra, FETÖ liderinin ekstradisiyası məsələsi yenidən nəzarət götürülüb:
“Gülənin həbs olunmasın və ya ekstradisiyasını tələb edən Türkiyə hökumətinə 2016-cı ilin avqusdan etibarən ABŞ rəsmiləri tərəfindən məlumat verilməyib. Tramp vəzifəsinin icrasına başladıqdan sonra Gülənin ekstradisiyası məsələsinə yenidən baxılır. Eyni zamanda, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəhbəri Mayk Pompeonun Ankara ziyarəti sırasında Gülən ekstradisiyası məsələsi bir daha müzakirə edilib. Pompeon öz növbəsində Gülənlə bağlı bütün məlumatları Trumpa diqqətinə çatdırıb” – deyə, o, sözlərinə əlavə edib.
Etikxeber.az