Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün daha bir Şəhid ailəsində xeyir işdir.
Samuxunun Ziyadlı kəndinin iki İkinci Vətən Müharibəsi Şəhidindən biri, Kiçik çavuş, 1993-cü il təvəllüdlü Qəzənfər Nəcəf oğlu Abdullayevin Vətənə əmanət qalmış övladının, gələcəyin Əsgərinin, Qəhrəmanının- 21 sentyabr 2017-ci il təvəllüdlü Raul Abdullazadənin kiçik-sünnət toy mərasimidir.
Qeyd edim ki, Qəzənfər Şəhid olanda tək övladının 3 yaşı olub…
3 yaşlı Raulu atasız qalıb, 3 yaşlı Raulunu ailəsinə və Vətəninə əmanət qoyub gedib…
Və bu gün, 1 dekabr tarixində özü balasının şad günündə, toy mərasimində cismən iştirak etməsə də, ruhu övladının, ailəsinin başı üzərində dolaşır…
Ruhən övladı, ailəsi ilə bir yerdədir…
Və ailəsinə, Vətəninə əmanət qalmış balasına xoşbəxtlik, səadət, bəxtəvərlik arzulayır…
Hamıdan, hər kəsdən daha çox, O, sevinir, Onun ruhu sad olur…
Axı, necə də sevinməsin, necə də ruhu şadlanmasın?!
Axı, balasının ən gözəl, şad günüdür?!
Ruhu şad və daim ailəsinə, balasına kömək olsun!
Ruhu qarşısında baş əyirik!
Samuxdakı şadlıq evlərindən birində-Qoşqar”-da baş tutan mərasimdə, məclisdə, Şəhid balasının toyunda ailə üzvləri, doğmaları, yaxınları, Samuxlu Şəhid ailələləri, Qazilər və digər şəxslər iştirak edirlər.
Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunur, əzəmətli Dövlət himnimiz səsləndirilir…
Çıxışlar edilir…
Və çıxışlarda Vətənə əmanət qalmış Şəhid balasına xeyir-dua verilir, ona bir ömür boyu xoşbəxtlik arzulanır…
Məclisdə həm də kövrək, duyğulu anlar yaşanır…
Kiçik toyun mübarək, İgid, Qəhrəman Şəhid balası!
Gün o gün olsun ki, böyük toyun olsun!
Amin!
18:30
***
BALACA RAUL…
***
ŞƏHİD AİLƏLƏRİ…
***
RAULUN NƏNƏSİ-ŞƏHİD ANASI ZƏMİNƏ ANA, RAULUN ANASI-ŞƏHİDİN XANIMI SƏADƏT XANIM VƏ RAULUN ƏMİSİ-ŞƏHİDİN QARDAŞI SAHİB BƏY…
***
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az