Samuxun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan-ailənin 4 övladından biri, ali təhsilli Həsən Məmmədlinin-BU GÜN ANIM GÜNÜDÜR – MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (3)

Bu gün Samuxun rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Həsən Qəhrəman oğlu Məmmədlinin Anım Günüdür.

Həsən Məmmədlinin Əbədiyyətə uğurlanmasından, torpağa tapşırılmasından iki il ötür.

Etikxeber.az xəbər verir ki, Həsən Məmmədli 1995-ci ilin 8 iyul tarixində Samux rayonunun Çobanabdallı kəndində dünyaya gəlib.

Ailənin 4 övladından biri idi.

Atasını illər öncə, 5 yaşında olarkən itirib.

Anası Svet xanım onlara həm analıq, həm də atalıq edib.

Ali təhsilli olub, Odlar Yurdu Universitetini bitirib, Çobanabdallı kənd H. Zərdabi adına tam orta məktəbdə məktəb direktorunun təsərrüfat məsələləri üzrə müavini işləyib.

Bir Vətən sevdalısı kimi İkinci Vətən Müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib və Laçına kimi uzun, şərəfli döyüş keçib.

Noyabr ayının 5-də, müharibənin başa çatmasına, Qələbəyə cəmi günlər qalmış Laçın istiqamətində Şəhidlik məqamına ucalıb və nəşi bir müddət sonra, noyabr ayının 27-də ailəsinə təhvil verilib.

Bir gün sonra, noyabrın 28-də isə Çobanabdallı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra medallarla təltif olunub.

O, həm də subay olub.

***

Əbədiyyətə uğurlanmasının ikinci ili, Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Sonra Şəhidin işlədiyi məktəbdə xatirəsi anılıb.

Daha sonra Şəhidin ailəsinin yaşadığı evdə Anım mərasimi keçirilib, adına ehsan süfrəsi açılıb.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Bir daha Şəhidin ruhuna dualar edilib, anasına, ailə üzvlərinə Allahdan səbr və dözüm arzulanıb.

İlahilər, Şəhidə aid mahnı səsləndirilib.

Məzarını ziyarətdə və Anım mərasimində Şəhidin ailə üzvləri, Samuxlu və Goranboylu Şəhid ailələri, din xadimləri, Samux rayon İcra Hakimiyyətinin məsul şəxsləri və digərləri iştirak ediblər.

Məkanı cənnətlik, ruhu şad olsun!

Nur içində yatsın!

13:03

***

FOTOLAR:

16:20

***

16:35

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Vüqar Əliyev AZƏRTAC-A sədr-TƏYİN OLUNDU

Read Next

Daha 13 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir