Seçki komissiyalarının 500-dək üzvü səslərin hesablanmasından sonra öldü…

İndoneziyada keçirilən seçkilərlə bağlı səsvermənin nəticələrinin hesablanmasından sonra seçki komissiyalarının 500-dək üzvü ölüb.

Ölkənin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, komissiya üzvlərinin ölümünə səbəb insult və ya infarkt keçirmələri olub.

Etikxeber.az xəbər verir ki, bu barədə “ The Strait Times” qəzeti məlumat yayıb.

Əvvəllər İndoneziya seçki komissiyalarının yüzlərlə üzvünün seçkilərdən sonra səsvermənin nəticələrini hesablayarkən öldüyü, təxminən 2500 nəfərin isə xəstəxanalara yerləşdirildiyi bildirilmişdi.

Nazirliyin yaydığı məlumata görə, seçkilərdən sonra bütün ölkə üzrə 496 əməkdaş ölüb ki, onların əksəriyyəti – təxminən 131 nəfəri Qərbi Yava əyalətindəndir. Mərkəzi Seçki Komissiyası isə ölənlərin çoxunun 50-70 yaş arasında olduğunu bildirib.

Səhiyyə Nazirliyinin rəsmilərinin bildirdiyinə görə, həmin şəxslər təbii səbəblərə görə ölüblər və bundan təxribat üçün istifadə olunmamalıdır.

Xatırladaq ki, aprelin 21-də İndoneziyada keçirilən ümumi seçkilərdə prezident, vitse-prezident, milli və regional parlamentlərin deputatları, həmçinin şəhər və rayon bələdiyyələrinin üzvləri seçiliblər. İlkin məlumatlara görə, səsvermədə seçicilərin 80 faizi iştirak edib.

Mərkəzi Seçki Komissiyası tərəfindən nəticələrin mayın 22-də elan edəcəyi gözlənilir.

indonez

Etikxeber.az

Read Previous

Paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarına start verilir – BU GÜN

Read Next

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir