Seçkiqabağı təşviqat başlayır – SABAHDAN

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar namizədliyi qeydə alınmış şəxslərin sabahdan seçkiqabağı təşviqat kampaniyası başlayır.

Etikxeber.az  xəbər verir ki, Seçki Məcəlləsinin 72.3, 74.1.2, 74.1.4, 75.2 maddələrinə əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin seçkiqabağı təşviqat aparması səsvermə gününə 23 gün qalmış başlanır, səsverməyə 24 saat qalmış dayandırılır.

2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2020-ci il yanvarın 17-dən fevralın 8-i saat 20:00-a qədər olan dövrü əhatə edir.

Etikxeber.az

Read Previous

MM-in hansı komitəsinin bütün üzvləri, hansı komitənin ən az sayda üzvləri seçkilərə qatılıb? – SİYAHI

Read Next

Şeyxülislam- “20 YANVAR”-IN 30-CÜ İLDÖNÜMÜ İLƏ BAĞLI BƏYANAT VERDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir