Serj Sarqsyanı Karen Karapetyan əvəzləyəcək?- Aydın Mirzəzadədən yazı

Bu ilin 2 aprel tarixində Ermənistan-Azərbaycan cəbhə xəttində baş verən hərbi əməliyyatların əks-sədası Ermənistanda hələ də hiss edilməkdədir.
Azərbaycan silahl qüvvələrinin uğurları tək Ermənistan ordusunun deyil, ümumilikdə erməni dövlətçiliyinin ciddi qüsurlarını üzə çıxardı. Ona görə də ciddi caxnaşmalar ancaq qonşu ölkənin hərbi strukturlarında deyil, həm də Ermənistan cəmiyyətində də özünü açıq şəkildə göstərməkdədir. Ona görə də Ermənistanda radikal millətçilərlə yanaşı, artıq Azərbaycanın ərazi bütövlüyünün tanınması və işğal edilmiş Azərbaycan ərazilərinin geri qaytarılması çağırışları da güclənməkdədir. Sadə ermənilər isə vəziyyətə kütləvi şəkildə tərk etməklə reaksiya verirlər.

Aprel hadisələri ölkənin siyasi sisteminin və hakim siyasi komandanın da dəyişilməsinə ciddi təkan verdi. Təsadüfi deyil ki, baş nazir Ovik Abramyanın istefası ilə yanaşı, müdafiə naziri Seran Ohanyan və xarici işlər naziri Edvard Nalbandyanın da hökumətdən uzaqlaşdırlması məsələsi sayılı günlərin məsələsidir. Hansı ki, bu üç şəxsin hər biri Serj Sarsyandan sonra Ermənistan liderliynə əsas namizədlər hesab edilirlər.

Ancaq gözlənilmədən baş nazir postuna texnokrat Karen Karapetyan gətirilir. O fəaliyyətinin böyük bir hissəsini kommersiya fəaliyyətinə həsr edib və və Ermənistandan kənarda yaşayıb. Onu və sonradan hakimiyyətdə mühüm postlara yeni simalar gətirilməklə sanki hansısa qüvvələr Ermənistan hakmiyyətinin yeni simasını yaratmağa və bununla da onları Dağlıq Qarabağ müharibəsinin məsuliyyətindən azad etməyə çalışır.

Düzdür, Ermənistan konstitusiyasına edilən dəyişiklələrə görə,  gələn il keçiriləcək parlament seçkilərindən sonra ölkə prezident respublikasından parlament respublikasın çevrilir və əsas sima prezident deyil, baş nazir olacaq. Serj Sarqsyan isə özünü bu posta iddialı olduğunu heç gizlətmurdi.

Ancaq aprel hadislərindən sonra Ermənistanda yaranan yeni situasiya Sarqsyan və onun komandasının perspektivini çox şübhəli edir. Ermənistan hakimiyyətinin kimliyi isə İraəvanda deyil, ölkədən kənra müəyyən edildiyini nəzərə alsaq, Ermənistandan kənar mərkəzlər yeni, keçmişlə əlaqəsi omayan bir hakimiyyət formalaşdırmağa və bununla da ölkədəki vəziyyəti nəzarətdə saxlamağa çalışırlar.

Yeni təyin edilən baş nazir Karapetyan isə bu planın ilk və əsas bəndi kimi götürüldüyü hiss edilir. Bir tərəfdən onunda əvvəlki siyasi komada kimi, Azərbaycanın Dağlıq Qarabaş bölgəsindən olması Ermənistandakı “Qarabağ klanı”nı da sakitləşdirməyə xidmət edir. Digər tərəfdən isə onun keçmişlə əlaqəsinin olmaması onu bir çox keçmiş məsələlrdə cavabdehlikdən azad edir.

Bütün bunlar müəyyən müddətdə Karapetyanı həm ölkə, həm xaricdə Ermənistanda, həm xaricdə tanıtdırmağa və lazımı əlaqələr yaratmağa, sonra isə sakit şəkildə real hakimiyyətin Sarqsyandan ona keçməsimnə şərait yaradır.

Ermənistandakı vələriziyyəti nəzarət altında saxlamaq üçün bu və ya digər variantlar da ortaya çıxa bilər. Amma Ermənistan işğal edtiyi ərazilərdən öz silahlı qüvvələrini çıxartmayan avə Azərbaycanın ərazi bütövlüyün tanımayan qədər “Karapetyan” planları hələ çox sınaqdan keçirilməli olcaq.

Bundan isə ən ağır zərbəni məhz özünütəcrid vəziyyətinə salmış Ermənistan alacaq. Azərbaycanın öz ərazilərini qaytarmaq əzmi artıq ortadadır və bunu həyat keçirmək üçün ölkənin bütün imanları var.

Etikxeber.az

Read Previous

Qəbələdə dünya kuboku yarışlarında 27 ölkədən 300-dək idmançı iştirak edəcək

Read Next

Gömrükçülər dərman preparatlarının ölkə ərazisindən çıxarılması cəhdinin qarşısını alıb-DGK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir