Şirəliyev getdi-ONUN VƏZİFƏSİNİ SƏHİYYƏ NAZİRİNİN BİRİNCİ MÜAVİNİ İCRA EDƏCƏK – SƏRƏNCAM(LAR) – YENİLƏNİB – (1)

Oqtay Şirəliyev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib.

Etikxeber.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bui barədə Sərəncam imzalayıb.

***

Prezident həmçinin, Teymur Musayevin Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini təyin edilsin.

***

Prezident eyni zamanda, Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti səhiyyə nazirinin birinci müavini Teymur Yusif oğlu Musayevə verilsin.

Etikxeber.az

Read Previous

MM-in növbəti iclası-AYIN 27-DƏ OLACAQ…

Read Next

Daha 1809 yeni yoluxma-DAHA 33 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir