Sneyder Çindən gələn təklifi qəbul etmədi

İstanbulun “Qalatasaray” klubunun hollandiyalı futbolçusu Sneyder Çindən gələn təklifi qəbul etməyib.

Etikxeber.az xəbər verir ki, Çin klubundan holland futbolçuya üçillik təklif gəlib. Klub təcrübəli futbolçuya 3 ilinə 25 milyon avro maaş verməyə hazır olduğunu bildirib.

Otuz iki yaşlı yarımmüdafiəçi bu təklifi rədd edib. O, öz açıqlamasında İstanbul klubunda xoşbəxt olduğunu bildirib. “Qalatasaray” artıq mənim üçün özəl bir klubdur. Türkiyədə və İstanbulda yaşadığıma görə xoşbəxtəm və bunu pozmağa niyyətim yoxdur” – futbolçu əlavə edib.

Etikxeber.az

 

Read Previous

Hava şəraiti ilə əlaqədar İstanbul-Bakı-İstanbul aviareysləri təxirə salındı

Read Next

Fövqəladə Hallar Nazirliyi bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir