SOCAR “OMV Petrol Ofisi A.Ş.”nin yanacaqdoldurma şəbəkəsinin satışı üzrə tenderdə iştirak edəcək

SOCAR Avstriyanın enerji şirkəti “OMV”nin Türkiyədə sahib olduğu “OMV Petrol Ofisi A.Ş.” şirkətinin yanacaqdoldurma şəbəkəsinin satışı üzrə tenderdə iştirak edəcək.

Etikxeber.az xəbər verir ki, bu barədə SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev “Reuters”ə müsahibəsində deyib. O bildirib ki, SOCAR “OMV Petrol Ofisi A.Ş.”nin yanacaqdoldurma stansiyaları şəbəkəsinin “OMV”dən satın almaq üçün keçiriləcək tenderə qatılmaq üçün müraciət edib.

Qeyd edək ki, “OMV” şirkəti bu ilin fevralında “OMV Petrol Ofisi A.Ş.”nin səhmlərinin hamısını satışa çıxarıb. Şirkətdən edilən şərhdə “OMV Petrol Ofisi A.Ş.”nin səhmlərinin 100 faizinin satılması üçün bəzi şirkətlərlə danışıqlar aparıldığı bildirilib. “OMV” 1785 “Petrol Ofisi” adlı yanacaqdoldurma şəbəkəsi ilə Türkiyə bazarının lideridir. Şirkət keçən il Türkiyədə 10 milyon tonluq satış reallaşdırdığını açıqlayıb. “OMV” “Petrol Ofisi”ni 2010-cu ildə 1 milyard avroya Doğan Holdinqdən alıb.

Etikxeber.az

Read Previous

Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatının Gömrük Xidməti Rəhbərləri Şurasının 7-ci iclası keçiriləcək

Read Next

“Qarabağ” və “Qəbələ” klublarının hesabına pul köçürüldü

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir