Sosial şəbəkələrdə narkotikdən istifadəni təbliğ edən şəxsə – 29 SUTKALIQ HƏBS CƏZASI

Sosial şəbəkələrdə bir nəfərin narkotikdən istifadəni açıq şəkildə təbliğ etməsinə dair videogörüntü yayılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, məsələ ictimai rezonans doğurduğundan polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Nəticədə narkotiki təbliğ edənin Rafiq Quluzadə olması müəyyən edilib və o, saxlanılıb.

Onun üzərində axtarış aparılan zaman 0,335 qram marixuana aşkarlanıb.

Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

O, məhkəmənin qərarı ilə 29 sutka müddətində inzibati qaydada həbs edilib.

Etikxeber.az

Read Previous

“Ələt azad iqtisadi zonası” yenidən müzakirələrdə – QANUNA NÖVBƏTİ DƏYİŞİKLİKLƏR EDİLİR

Read Next

Azərbaycan-İran sərhədində insident: SƏRHƏDÇİMİZ BIÇAQLANDI – DSX MƏLUMAT YAYDI – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir