Sovet tanklarının Ukraynaya verilməsinə kömək ediləcək-ABŞ TƏRƏFİNDƏN

ABŞ Donbassda Ukrayna Silahlı Qüvvələrinin imkanlarını gücləndirmək üçün sovet istehsalı olan tankların bu ölkəyə verilməsində vasitəçi olacaq.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə “The New York Times“ nəşri ABŞ administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Birləşmiş Ştatlar münaqişədən sonra ilk dəfə olaraq Ukraynaya sovet tanklarının təhvil verilməsi prosesində vasitəçi kimi çıxış edəcək. Prosess yaxın vaxtlarda başlaya bilər.

Nəşr Ukrayna hərbçilərinə veriləcək texnikanın miqdarını açıqlamır.

Eyni zamanda, Kiyevə tankların verilməsində hansı ölkələrin iştirak edə biləcəyi də məlum deyil.

The New York Times“ iddia edir ki, ABŞ-ın Kiyevə sovet tipli tankların təhvil verilməsinə töhfə verməsi barədə qərar prezident Vladimir Zelenskinin xahişindən sonra verilib.

Etikxeber.az

Read Previous

Aprel döyüşlərindən-6 İL ÖTÜR…

Read Next

Azərbaycan və Çin liderləri arasında qarşılıqlı-TƏBRİKLƏŞMƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir