Şuşa şəhəri yaxınlığında törədilmiş terrakt nəticəsində-3 NƏFƏR XƏSARƏT ALDI – YENİLƏNİB – (1)

Şuşa yaxınlığında, Xankəndi-Laçın yolunda Azərbaycan Ordusunun və Rusiya sülhməramlı qüvvələrinin nəzarət-buraxılış məntəqəsinə partlayıcı atılıb.

Etikxeber.az-ın xəbərinə görə, Şuşanın girişində avtomobillə hərəkət edən erməni terrorçu Azərbaycan və Rusiya hərbçilərinə partlayıcı atıb.

O, artıq saxlanılıb.

İnsidentə görə yol bağlansa da, bir müddət sonra açılıb.

***

Əldə etdiyimiz məlumata əsasən, 2021-ci il 13 noyabr tarixində, səhər saatlarında Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin üzvü tərəfindən Şuşa şəhəri yaxınlığındakı postda xidmət edən hərbiçilərə qarşı törədilən terror aktı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb.

Bu barədə isı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) “Twitter” səhifəsində bildirilib.

***

Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin və Rusiya Federasiyasının sülhməramlı kontingentinin hərbi qulluqçularının əl qumbara atılması nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Hafiz Nəsibov və digərləri (cəmi üç nəfər) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə də Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin (DİN) birgə məlumatında qeyd olunub.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə cinayət işi başlanıb.

Etikxeber.az

Read Previous

Baş Prokurorluq və DİN Şuşada Azərbaycan və Rusiya hərbçilərinə qumbara atılması ilə bağlı birgə-MƏLUMAT YAYDI

Read Next

Ailənin 3 övladından biri, ali təhsilli, subay-ŞUŞA FATEHİ VÜSAL TEYMUROVUN ANIM GÜNÜDÜR – MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (6)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir