Təhsil nazirinin keçmiş müşaviri-XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ TƏYİN EDİLDİ…

Xarici işlər nazirinə yeni müavin təyin edilib.

Etikxeber.az-ın APA-ya istinadən xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Elnur Məmmədov nazir müavini təyin edilib.

Bu təyinatdan əvvəl Elnur Məmmədov Xarici İşlər Nazirliyinin Ümumi katibliyinin rəisi vəzifəsində çalışıb.

Müxtəlif illərdə Təhsil nazirinin müşaviri, Vergilər Nazirliyinin aparatında (şöbə rəisi), özəl hüquq şirkətində, iri investisiyalı müəssisələrdə baş direktorun müavini, direktorlar şurasının üzvü və sədri vəzifələrində çalışıb.

Azərbaycan, rus, ingilis və fransız dillərini bilir.

Ailəlidir, iki övladı var.

Etikxeber.az

Read Previous

“Müvafiq qaydalara uyğun telefon və internet xidmətinin göstərilməsi təmin ediləcək…”-NAZİRLİKDƏN ETİKXEBER.AZ-IN YAZISINA RƏSMİ CAVAB

Read Next

“Ağıllı kənd”də hər bir sakin işlə təmin olunacaq ki…”-MM-İN KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir