Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Dünən axşam Azərbaycan xalqı, Azərbaycan dövləti yeni, müasir tarixinin ən gözəl, ən möhtəşəm gününü yaşadı.
Etikxeber.az xəbər verir ki, bunu bir az öznə AzTV-də çıxışı zamanı millət vəkili, professor Jalə Əliyeva deyib.
Millət vəkili Azərbaycan Ordusunun dünən Madagizi-Suqovuşanı, Talışı, Cəbrayıl və Füzuli rayonlarının bir neçə kəndini düşmən işğalından azad etməsi münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
“Ancaq bu təbriklərin, bu təşəkkürlərin ən böyüyü cənab Prezident, Ali Baş Komandanımız cənab İlham Əliyevə düşür. Ali Baş Komandanımız tarix yazır, Azərbaycan abidəsi qurur ucaldır. Təbii ki, təşəkkürlərin, təbriklərin ən böyüyü Azərbaycan Ordusuna düşür. Zəfərlər dalınca zəfərlər yazan Azərbaycan Ordusuna…
Dünən axşamdan bir daha hamımız ayaq üstündəyik…Bütün gecəni Bakı, insanlarımız ayaq üstə olub, möhtəşəm Qələbəni, Zəfəri qeyd edib…Eyvanlardan, küçələrdən gələn, eşidilən sevinc səsləri hələ də qulaqlarımızdan getməyib…Təsəvvür edin ki, bir yaş iki aylıq nəvəm belə televizorun qarşısında dayanıb, Azərbaycan marşını eşidərkən, ayaqlarını yerə döyürdü… Müharibə, Qarabağ nə demək olduğunu hələ bilməyən uşaqlarımız belə “Qarabağ”, “Qələbə” deyə qışqırırdılar sevinclərindən…Bəli, Qələbə bizimdir və bizim olacaq. Qələbə xəbərlərini bundan sonra da ard-arda duyacağıq. Üçrəngli bayrağımız bütün işğal olunmuş və işğaldan azad edilmiş yurd verlərimizdə dalğalanacaq!”-deyə, millət vəkili sözlərinə əlavə edib.
Etikxeber.az