“Təbriz Əlizadə kontuziya nəticəsində nitqini itirib, cox ciddi müayinə və müalicəyə ehtiyacı var…Ailəsinin mənzil şəraiti də ürəkaçan deyil…”-MİLLƏT VƏKİLİ QAZİLƏRLƏ GÖRÜŞDÜ, ONLARIN PROBLEMLƏRİNDƏN DANIŞDI – FOTOLAR

Zərdab rayonunda Dəkkəoba kəndindən Vətən müharibəsi qaziləri, şanlı Qələbəmizin qəhrəman oğullarından olan, döyüşlərdə ağır yaralananXəlilov Elgün Qəmbər oğlunu, Kərimov Hüseyn Elşən oğlunu, Zeynallı Qorxmaz Hamlet oğlunu, Zərdab şəhərindən Mirzəliyev Roman Aleksandr oğlunu və Əlizadə Təbriz Elman oğlunu evlərində ziyarət etdik. Onların vəziyyətləriylə tanış olduq, problemləriylə maraqlandıq, həllini gözləyən bəzi məsələlərini yerindəcə həll etməyə çalışdıq. Hər biri bir igiddir. Hər biri 44 günün içində haqqında dastanlar yazılacaq ləyaqətli bir yol keçiblər.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Jalə Əliyeva dilə gətirib.

Bildirib ki, bəzisi ağır əməliyyat olunub, bəzisinin müalicəsi müvəffəqiyyətlə davam edir, bəzisi artıq yaxşılaşmaya doğru gedir.

“Görüşdüyüm bu beş qazidən biri – Təbriz Əlizadə, aldığı kontuziya nəticəsində nitqini itirib. Çox ciddi müayinə və müalicəyə ehtiyacı var. Təbrizin səhhəti ilə bağlı olaraq bu gün tanıdığım mütəxəssis həkimlə danışdım. Məsləhətlərini verdi. Təbriz əsaslı şəkildə aparat müayinəsindən (MRT və KT) keçməli və nəticələrə uygun olaraq həkim konsiliumu ilə müalicə almalıdır. Ailənin mənzil şəraiti də ürəkaçan deyil. Hər iki məsələni iş həftəsinin ilk günlərində əlaqədar dövlət qurumlarının diqqətinə çatdıraraq köməklik göstərilməsini xahiş edəcəyik. Üzərimizdəki haqqınız böyükdür, əziz Qazilər!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Daha bir tədris müəssisəsi COVID-19-a görə bağlandı-BAKIDA

Read Next

Daha 1759 yeni yoluxma-DAHA 24 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir