“Dedim ki, istəyirsən o qızı qaçır…”-Tək və subay övlad, könüllü şəkildə Vətənin müdafiəsinə yollanan və 27 yaşında Şəhidlik məqamına ucalan-GÖYÇAYLI ŞƏMİSTAN İLYAS OĞLU ƏZİZOVUN ANASI ƏMİNƏ ƏZİZOVA… – FOTOLAR

Şəmistan İlyas oğlu Əzizov…

Göyçaylı, Qaraxıdırlı…

Könüllü-İkinci Vətən Müharibəsi iştirakçısı…

Nur üzlü, Vətən sevdalısı İkinci Qarabağ Savaşı Şəhidi…

Qeyd edim ki, Şəmistan Əzizov 1993-cü ilin 6 dekabr tarixində Göyçay rayonunun Qaraxıdır kəndində-sadə bir ailədə dünyaya gəlib…

Əminə və İlyas Əzizovların tək, yeganə oğlan övladı olub…

2000-2011-ci illərdə Zülfüqar Zülfüqarov adına Qaraxıdır kənd orta məktəbində təhsil alıb…

Və uşaq yaşlarından, orta məktəb illərindən hərb sənətinə böyük həvəsi, marağı olub…

Ətrafındakı hər kəsi, həmyaşıdlarını da daim hərbə, Vətənin keşiyində, müdafiəsində dayanmağa həvəsləndirib…

Ürəyi hər zaman hərb, Vətən eşqilə döyünüb…

Ancaq tək övlad olduğu üçün anası Əminə xanım oğlunun bu istəyinə qarşı çıxıb, Şəmistanın hərb sənəti seçməsinə mane, əngəl olub…

İstəyib ki, tək övladı daim gözünün qarşısında olsun…

Orta məktəbi bitirdikdən, həqiqi hərbi xidmətini başa vurduqdan sonra kompüter texnologiyası ilə məşğul olub…

27 yaşında-İkinci Vətən Müharibəsinin başlaması ilə əlaqədar könüllü şəkildə Vətənin müdafiəsinə yollanıb…

Sentyabrın 29-dan başlayan döyüş yolu 16 gün çəkib…

Oktyabr ayının 14-də Ağdərə-Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Və oktyabrın 15-də Qaraxıdır kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra 3 medalla təltif olunub…

İstədiyi qız olsa da, ailə həyatı qurmayıb, subay olub…

Hətta övladının istədiyi qızdan, sevdasından vaz keçmədiyini görən anası tərəfindən “İstəyirsən o qızı qaçır…”-deyə təklif olunsa da, oğlu buna qəti şəkildə razı olmayıb, deyib ki, “İstəyirəm ki, o qız ata evindən-ağ gəlinlikdə mənim evimə gəlsin…”

***

Bu gün Göyçaylı daha bir İkinci Vətən Müharibəsi Şəhidi Elnur Əliyevin Cənnətdəki dördüncü doğum günü mərasimində tək və subay övladını Şəhid vermiş Əminə xanımla tanış oldum…

Bizi Elnur Əliyevin anası Tahirə xanım tanış etdi…

Dərdli, Yaralı, həm də Qəhrəman Ana Əminə xanımla qısaca da olsa, söhbətləşdim, dərdləşdim…

Ona Allahdan səbr və dözüm arzuladım…

“Balanızın-Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…

Müqəddəs ruhu qarşısında baş əydiyimi dilə gətirdim…

Az da olsa, təsəlli, təskinlik verməyə çalışdım…

Verə bildimmi…Nə deyim…

Sözün bitdiyi yer, kəlmələrin aciz qaldığı an…

Allah tək və subay övladını itirmiş Şəhid anasının-Əminə xanımın bir daha və bir daha səbr və dözümünü versin!

Böyük Yaradan Şəhidimizin-Şəmistan Əzizovun məqamını Uca, dərgahını mübarək etsin!

Nur içində yatsın!

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ailənin tək və subay oğlu, nəşi 13 gündən sonra Əbədiyyətə uğurlanan-XÜSUSİ TƏYİNATLI, İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELNUR ƏLİYEVİN BU GÜN 24 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Alışovlar ailəsinin tək və subay övladı, 19 yaşlı “Qisas” əməliyyatı Şəhidi-MUSA ALIŞOVUN CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜ İLƏ BAĞLI MƏRASİM DÜZƏNLƏNƏCƏK…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir