Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Tolerantlıq Azərbaycan xalqının genetik yaddaşında kök salmış dəyərdir.
“Azərbaycan əhalisi çoxmilli tərkibi olan sərvətdir. Azərbaycanda etnik-mədəni müxtəlifliklərin düzgün tənzimlənməsi sayəsində tarixçilik, varislik və müasirlik əsasını təşkil edən tolerant və multikultural dəyərlərimiz formalaşıb. Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “ Multikulturalizm ili” elan edilməsi ölkəmizdəki bütün xalqların qədimdən multikultural ənənələrinin hakim olduğu mühitdə birgəyaşayışın daha da inkişaf etdirilməsinə xidmət edir. Müstəqillik dövründə ölkəmizdə dinlər və etnik qruplar arasındakı münasibətlər Ümumilli Lider Heydər Əliyevin dövlətçilik konsepsiyasına uyğun olaraq daha da möhkəmləndirilib”.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Eldəniz Səlimov deyib.
Onun sözlərinə görə, 28 ilə yaxındır davam edən Ermənistan-Azərbaycan münaqişəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş 20% torpaqlarımızda dinc əhaliyə qarşı soyqırım etnik təmizləmə siyasəti aparılmaqla yanaşı, həminərazilərdə məscid, kilsə, sinaqoq və qəbirstanlıqlar məhv edilib.
“Azərbaycanda isə butun kilsə və sinaqoqlar yenidən təmir edilərək dini mədəniyyət abidəsi kimi fəaliyyət göstərirlər. Azərbaycanda tolirant və multikultural dəyərlər elə səviyyədə inkişaf edik ki, dünyaya nümunə olaraq təqdim edilir. Bu, bir xalq və dövlət olaraq bizim uğurumuz və nailiyyətimizdir. Xüsusən də ətrafımızda, regionumuzda və bütüövlükdə dünyada baş verən dini və etnik müqanişlər, qanlı müharibələr fonunda bu uğur, bu nailiyyət sıradan bir hadisə sayılmamalıdır. Bu, böyük üstünlükdür, üstünlüyümüzdür. Ona görə də bu üstünlük, bu uğur, bu nailiyyət daim qorunub-saxlanmalıdır və inanıram ki, bu, məhz belə də olacaq. Heç kimin buna əsla və əsla şübhəsi olmasın”-deyə, E. Səlimov daha sonra sözlərinə əlavə edib.
Etikxeber.az