Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız bu gün müasir Azərbaycanın müstəqillik rəmzinə çevrilib. O bayraq ki, onun uğrunda qan tökülüb, can verilib, mübarizə aparılıb. O bayraq ki, onun kölgəsi düşən hər bir qarış torpağı özümüzə Vətən bilmişik.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Pərvin Kərimzadə deyib.
“Bu gün ölkəmizin bütün bölgələrində dalğalanan bayraqlar sanki sıralanaraq durna qatarı kimi Qarabağa, Şuşaya, işğal edilən digər torpaqlara sarı qanadlanır. Əminik ki, Prezident İlham Əliyevin qüdrətli siyasəti sayəsində tezliklə torpaqlarımız işğaldan azad ediləcək, üçrəngli bayrağımız Dağlıq Qarabağda dalğalanacaq”-deyə, o, sözlərinə əlavə edib.
Etikxeber.az