Trampdan Klintona: “Sonuncu debatdan əvvəl dopinq testdən keçməliyik”

ABŞ prezidentliyinə namizəd Hillari Klinton ümummilli debatlarda daha yaxşı çıxış etmək üçün xüsusi preparatlar qəbul edib. Sonuncu debatdan əvvəl hər iki namizəd dopinq testdən keçməlidir.

Etikxeber.az “RİA Novosti”yə istinadən məlumat verir ki, bunu dünən Nyu-Qempşirdə tərəfdarları qarşısında çıxışı zamanı Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.

“Mən onda (Hillari Klintonda-red.) nə baş verdiyini anlamıram. Ötən debatların əvvəlində ona sanki nə isə vurmuşdular, sona yaxın isə elə görünürdü ki, sanki onu səhnədən düşürməyi xahiş edirdi. O özünü  avtomobilinə kimi güclə çatdırdı”– deyə, Tramp qeyd edib.

O, özünün və rəqibinin seçkiqabağı mübarizəsini idmançıların mübarizəsinə bənzədib.

“Yüngül atletika idmançılarını dopinq testdən keçməyi məcbur edirlər. Mən hesab edirəm ki, debatlardan əvvəl bizdə yoxlanışdan keçməliyik. Mən şəxsən bunu etmək istəyirəm” – deyə, namizəd əlavə edib.

“Dostlar, dünyada çox şeylər baş verir. Mən hesab edirəm ki, ona preparatlar yeridirlər. Həqiqəti bilmək istəyirsiniz? Çərşənbəyə (oktyabrın 19-da yekun debatlar keçiriləcək-red.) hazır olması üçün ona indidən preparatlar verməyə başlayıblar” – deyə, Tramp bildirib.

Etikxeber.az

Read Previous

İsfar Srabinski və Rain Sultanovun konserti olacaq

Read Next

Ermənilər atəşkəsi 11 dəfə pozdu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir