Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Aprelin 25-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən yaz sessiyasının plenar iclasında “Türkiyədə demokratik təsisatların fəaliyyəti” adlı hesabat layihəsi müzakirə olunaraq, Türkiyənin monitorinq mərhələsinə qaytarılması barədə qərar verilib.
Etikxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərarın lehinə 113, əleyhinə 45 parlamentari səs verib.
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) də qərara etiraz edərək, Avropa ilə münasibətləri təkrar gözdən keçirmək məcburiyyətində qaldıqların bəyan edib:
“Avropa Şurası Parlament Assambleyasının Türkiyənin monitorinq mərhələsinə qaytarılması ilə bağlı qərarı haqsız qərardır və bunu şiddətlə qınayırıq. Verilən qərar FETÖ kimi terror təşkilatlarına xidmət edir”.
Xatırladaq ki, Türkiyə 13 il əvvəl monitorinq prosesindən çıxarılmışdı və post-monitorinq mərhələsində idi.
Beləliklə, Türkiyə monitorinqdən çıxarıldıqdan sonra yenidən monitorinq altına alınan ilk ölkə olub.
Etikxeber.az