“Türkiyə heç vaxt təklənməyəcək!” – MUSA QULİYEV

“Avropa Şurası Parlament Assambleyasının Türkiyəyə qarşı irəli sürdüyü siyasi tədbirlərin heç bir əsası yoxdur. Bu, hüquqa ziddir, dövlətin daxili işlərinə qarışmaqdır və bu, dövlətə qarşı siyasi təzyiq metodudur. Hesab edirəm ki, onların bu cəhdlərinin heç bir əhəmiyyəti olmayacaq. Türkiyə güclü dövlətdir. Türkiyədə xalqla dövlət rəhbərinin çox sıx birliyi var. Türkiyənin Azərbaycan kimi dostları var və Türkiyə heç vaxt təklənməyəcək”.

Etikxeber.az xəbər verir ki, bunu  Milli Məclisi (MM) Səhiyyə komitəsi sədrinin müavini Musa Quliyev deyib.

O, eyni zamanda deyib ki,  Türkiyə öz inkişafını davam etdirəcək, demokratiyasını davam etdirəcək, dövlətçiliyini möhkəmləndirəcək.

“Bundan əvvəlki sanksiyalar zamanı olduğu kimi, Avropa dövlətləri Türkiyəyə qarşı səhv etdiklərini yenə də anlayacaq və zaman gələndə etiraf edəcək. Biz həmişə ədalətin, haqqın tərəfindəyik və bu gün də Türkiyəyə qarşı çıxanları pisləyirik və Türkiyənin yanındayıq” – deyə, M.Quliyev sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Pedro Aqramunt bəyanat yaydı: “Təəssüf doğuran tamaşa bu assambleyaya və onun üzvlərinə şərəf gətirmir…”

Read Next

“Türkiyə haqqında qeyri-obyektiv qərarın qəbul olunması daha çox AŞPA-nın öz nüfuzuna böyük zərbə vurur” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir