Üç tələbə yoldaşı…Üç can dostu…Üç Şəhid-RAMİL, TƏRLAN VƏ CAVİD… – FOTOLAR

12-ci ayın 12-də dünyaya gələn, 29 illik ömrünün 14 ilini hərbdə keçirən Şəhidimiz-Ramil Babayev…

***

Daha bir Şəhidimiz…Daha bir nur üzlümüz…Daha bir İkinci Vətən Müharibəsi iştirakçısı, Qəhrəmanı və Şəhidi

Kürdəmirin, cəmi Azərbaycanın Mərd, İgid övladı-Şəhid Ramil Taqət oğlu Babayev

Kürdəmirdə Şəhid ailələrini ziyarət zamanı 14 ilin peşəkar hərbçisi-kapitan Ramil Babayevin ailəsində də oldum, onları da ziyarət etdim…

1991-ci ilin dekabrın, ilin 12-ci ayının 12-də dünyaya gələn Ramil 15 yaşında, 9-cu sinfi bitirdikdən sonra həyatını hərblə bağlayıb, əvvəlçə Naxçıvanski adına məktəbi bitirib, sonra Hərbi Akademniyaya daxil olub və oranı bitirib…

Vətən sevdalısı Ramil 2016-ci ilin Aprel döyüşlərinin iştirakçısı olub…

İkinci Vətən Müharibəsi başlayan zaman isə Murovdağ istqamətində döyüşlərdə olub, böyük şücaətlər, igidliklər göstərib və sentyabrın 29-da Şəhadətinə qovulub…

Ancaq nəşini düz 4 ay iki gündən sonra əldə etmək mümkün olub, Şəhidimizin nəşi 2021-ci ilin yanvarın 31-də Kürdəmir Şəhidlər Xiyabanında torpağa tapşırılıb…

Ölümündən sonra 3 medalla-“İgidliyə görə”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub…

Haqqıdır, Haqqını da alıb və daha artığını Haqq edir…

Ramilgil ailədə uşaq-iki qardaş-iki bacı olublar…

Bacıları da, qardaşı Röyal da ailə sahibi, valideyndirlər…

Şəhidimizin ozü də ailəli, iki övlad atası olub…

Aprel 2-də 2 yaşını tamam edən körpə Mədinə və atasının dəfnindən 14 gün öncə dünyaya gələn və hələ də dünyadan, olanlardan bixəbər və atasının adını daşıyan balaca-oğul Ramil…

Ramil Babayevin oğlu Ramil Babazadə…

Ramil adını yaşatmağı isə İgidimizin döyüşçü-hərbçi yoldaşları Şəhidimizin ailəsindən xahiş edib və xahişləri də yerə salınmayıb…

Atasının adı ilə böyüsün, torpağı sanı yaşasın, balaca Ramil!

Atasının ruhu kömək olsun, balaca Mədinəyə!

Şəhidimiz anası İlhamə xanımın dediklərindən:

“Biz heç nə istəmirik, bizə heç nə lazım deyil…Bizə, sadəcə, mənəvi dəstək, diqqət lazımdır…İstəyirik ki, övladlarımız unudulmasın, yadda çıxarılmasın, xatırlanılsın, xatirələri əbədiləşdirilsin…Bizim acımız, dərdimiz onsuz da qaysaq bağlayan deyil…Bizimlə əbədiyyətəcən davam edəcək…Ancaq diqqət, mənəvi dəstək bizə az da olsa, təsəlli olardı…Bununla təsəlli tapar, bir az ovunardıq…”

Həmçinin, bu yerdə xatırlatmağa dəyər ki, İkinci Vətən Müharibəsində Ramilin iki tələbə yoldaşı və iki dostu – Şabranlı Tərlan, İmişlili Cavid də Şəhid olub, Şəhidlik məqamına ucalıblar…

14 ilin can dostları, 14 ilin qardaşları…

Məkanları behiştlik olsun!

Bir qədər də söhbətləşdikdən sonra Ramilgildən ayrılıram və üzü yenidən Bakıya yol alıram…

Allah cəmi Şəhidlərimizə qəni-qəni rəhmət etsin, ruhları qarşısında baş əyirəm!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

25.04.2021, Bakı-Kürdəmir-Bakı

Etikxeber.az

Read Previous

İsmayıllının İkinci Vətən Müharibəsi Şəhidləri-CƏMİL, VÜSAL, AQİL, NİCAT, FAMİL, NOVRUZ…ÜÇ QOHUM-ÜÇ ŞƏHİD… – FOTOLAR – (BİRİNCİ HİSSƏ)

Read Next

Daha bir Sənətkar itkisi-BALOĞLAN ƏŞRƏFOV DÜNYASINI DƏYİŞDİ VƏ DƏFN OLUNDU – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir