“Neftçi”-“Olimpiakos”- 0:1 – “Neftçi” mübarizəni UEFA Avropa Liqasında-DAVAM ETDİRƏCƏK – YENİLƏNİB – (1)

Bakının “Neftçi” futbol klubu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Yunanıstanın “Olimpiakos” komandası ilə qarşılaşır.

Etikxeber.az xəbər verir ki, “Bakcell Arena”da keçirilən matçı ispaniyalı baş hakim Rikardo de Burqos idarə edir.

“Neftçi”nin start heyətində Aqil Məmmədov, Mamadu Mboc, Voislav Stankoviç, Emin Mahmudov, Sezar Meza Kolli, Harramiz Soareş, Romen Bask, Yusuf Laval, Ömər Buludov. Samir Buqrin və Mamadu Kane yer alıblar.

Yunanıstan təmsilçisinin heyətində isə Konstantinos Tsolakis, Ruben Semedu, Ahmed Hassan, Pyer Kunde, Giorqos Masuras, Husseynu Ba, Svetozar Markoviç, Kenni Lala, Matyö Valbuena, Pape Sisse və Vasilis Surlis meydana çıxıblar.

Qeyd edək ki, ilk görüşdə “Neftçi” rəqibinə 0:1 hesabı ilə uduzub. Bu cütün qalibi növbəti mərhələdə “Mura” (Sloveniya) – “Lüdoqorets” (Bolqarıstan) oyununun güclüsü ilə üz-üzə gələcək.

Uduzan tərəf isə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində HİK (Finlandiya) ilə qarşılaşacaq.

21:05

***

“Neftçi”-“Olimpiakos” matçının birinci hissəsi başa çatıb.

“Bakcell Arena”da keçirilən matçın 15-ci dəqiqəsində rəqib komanda hesabı açıb.

İspaniyalı baş hakim Rikardo de Burqos idarə edtdiyi oyunda Giorqos Masuras fərqlənib.

Matçın birinci hissəsi “Olimpiakos”un minimal üstünlüyü ilə başa çatıb – 1:0.

22:05

***

Oyun 1:0 hesabı ilə başa çatıb.

Və beləliklə, “Neftçi” UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb.

“Neftçi” mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək.

Bakı klubunun turnirin üçüncü təsnifat mərhələsində rəqibi HİK (Finlandiya) olacaq.

Flaqman ilk oyunu avqustun 5-də evdə, cavab matçını isə bir həftə sonra səfərdə keçirəcək.

Etikxeber.az

Read Previous

Bayramovla Riker arasında telefon danışığı-BAŞ TUTDU VƏ…

Read Next

Goranboy və Mingəçevirin icra başçıları-ŞƏHİD QARDAŞLAR – MUSA VƏ TURAL HƏSƏNOVLARIN AİLƏSİNİ ZİYARƏT ETDİLƏR… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir