Uşaqların boyuna nə qədər “Cırtdan”ın fokusundan baxmaq olar? – DEPUTATDAN İRAD

Biz bu xalqa, uşaqlarımıza, onların boyuna nə vaxta qədər “Cırtdan”ının fokusundan baxacağıq?

Etikxeber.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Zahid Oruc deyib.

O, sual edib ki, məgər “Cırtdan”dan savayı uşaqlarımıza öyrədilməli olan obraz, balaca qəhrəman yoxdur?

zahiddd

Millət vəkilinin qeyd etdiyinə görə, dərsliklərdə yer alan bizə çox adi gələn nağıllar uşaqların formalaşmasına təsir edir: “Məlikməmməd nağılının mahiyyətində qardaşın qıza görə qardaşını quyuya salması durur. Nə qədər “Cırtdan” nağılı demək olar. Millətdə sanki bu obraz yaradılır. “Uşaq və buz” şeirinin mahiyyətinə baxaq, burada uşaqla buzun mübarizəsində uşaq buzun üstündə dayanmaq istəmir, onu yazla hədələyir…Bunu nə qədər öyrətmək olar? Başqa əsər yoxdur? Uşaqlar 80 faiz informasiyanı kompüterdən alır. Uşaqlara nə qədər qadağan etsək də, onun qarşısını ala bilməyəcəyik. Biz alternativ vasitələr yaratmamışıq. Ona görə də “Selena” ya baxırlar. Ölkəmizdə bir dənə milli oyun yoxdur. Nəyə baxacaqlar? Axı biz alternativ nə yaratmışıq?”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Parlamentdə “erotika” söhbəti…

Read Next

“Dini xurafat ifadəsini qanuna əlavə etsək…” – MİLLƏT VƏKİLİNDƏN TƏKLİF

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir