Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Uşaqların informasiya təhlükəsizliyi konsepsiyası hazırlanmalıdır. Dünya informasiya əsridir, burada təhlükəli tendensiyalar var, həm də uşaqlar bizim gələcəyimizdir, ona görə belə bir konsepsiyaya ciddi ehtiyac var.
Etikxeber.az-ın xəbərinə görə, bunu YAP-ın şöbə müdiri, millət vəkili Elman Nəsirov oktyabrın 3-də parlamentin İnsan hüquqları komitəsinin iclasında deyib.
O, qeyd edib ki, uşaqların zərərli informasiyalardan qorunması ilə bağlı qanunla yanaşı, müvafiq konsepsiyanın da qəbuluna ehtiyac duyulur:
“Eyni zamanda, bəzən valideynlər uşaqlarının yanında deyirlər ki, bu yay Antalyaya və ya digər yerlərə istirahətə gedəcəyik. Uşaqlar da bunu eşidir, dərhal telefon,internet resursları vasitəsilə bir-biriləri ilə paylaşırlar. Amma nəticə etibarı ilə bunu özü də təhlükəlidir, çünki bundan başqa məqsədlər üçün istifadə edənlər də tapılır. Ona görə də bu məsələlərə ciddi nəzarət lazımdır…”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az