Əflatun Amaşov: Saytlara dövlət büdcəsindən maliyyə ayrılmalıdır
Dəfərlərlə Milli Məclisin iclaslarında onlayn media ilə bağlı fikirlərimi səsləndirmişəm. Hazırda vəziyyət o yerdədir ki, reklam yoxdur. Bundan da istifadə edən ayrı-ayrı qruplar bəzi saytları maliyyələşdirərək iş adamlarını, tanınmış şəxsləri, məmurları yersiz şəkildə təhqir edirlər, böhtan atırlar.
Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisdə (MM) büdcə müzakirələri zamanı çıxış edən Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.
Millət vəkili qeyd edib ki, onlayn mediaya dövlət büdcəsindən maliyyə ayrılmalıdır:
“Bu, reklam bazarı formalaşdırılana qədər olmalıdır. Təklif edirəm ki, onlayn mediaya 1 milyon manat ayrılsın. Bu da büdcə üçün elə də böyük rəqəm deyil”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az