Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviç və xanımı Svetlana Vuyanoviç V Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana gələcəklər. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan Forum martın 16-17-də keçiriləcək.
Bu barədə Etikxeber.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
V Qlobal Bakı Forumunda Makedoniya Prezidenti George İvanov, Latviya Prezidenti Raymond Veyonis, Albaniya Prezidenti Buyar Nişani və digər ölkələrin indiki və keçmiş rəhbərləri iştirak edəcəklər. Həmçinin sabiq dövlət və hökumət başçılarının, tanınmış siyasətçilərin də iştirakı gözlənilir.
“Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunacaq Forumda dünyanı narahat edən bir sıra qlobal problemlərin – transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.
Qeyd edək ki, Prezident Filip Vuyanoviç IV Qlobal Bakı Forumunda da iştirak edib.
Etikxeber.az