Valideynlər uşaqlarını İİV-ə müayinəyə aparırmı? – FOTOLAR

Hüquqi İnkişaf və Demokratiya” Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyi “İİV-dən özünü qoru!” devizi ilə məktəblilər arasında İİV virusuna yoluxma yollarına dair maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” layihəsi çərçivəsində  yeniyetmələr və gənclərlə növbəti görüşünü  avqustun 30-da Buzovna qəsəbəsi, Albalı massivi, 33 nömrəli orta  məktəbdə  keçirdi.

Etikxeber.az xəbər verir ki, tədbirdə  Xəzər rayon Gənclər və İdman İdarəsinin rəhbərliyi, həmçinin layihənin ekspertləri iştirak etdi.

Layihənin rəhbəri Zülfiyyə Mustafayeva tədbirin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə həyata keçirildiyini vurgulayaraq, Şuraya dəstək üçün təşəkkürünü bildirdi.

Qeyd edək  ki, layihənin məqsədi Bakı şəhərində məktəblilər, yeniyetmələr  arasında insanın immumçatışmazlıgı virusunun (İİV) yaratdıgı həyati təhlükələrə, bu  viruslara yoluxma yollarına dair maarifləndirmə tədbirlərini həyata keçirmək yolu ilə İİV virusunun profilaktikasına ictimai dəstək vermək, valideynlərin ictimai savadlılıq səviyyəsini yüksəltməyə yardım etməkdir.

Z.Mustafayevanın sözlərinə görə, ölkəmizdə yeniyetmələr və məktəblilər arasında bu virusa qarşı təbliğat işlərinin gücləndirlməsinə ictimai dəstək verilməsi çoх vacibdir:

zulya-4

“Çünki, son 10 il ərzində orta məktəblərdə həyati bilgilərə əsaslanan təhsillə bağlı fakultativ məşğələlər keçirilsə də, bu tədbirlərin davamiyyətini və effektivliyini gücləndirmək üçün daha interaktiv və müasir metodlar seçilməlidir. Belə məşğələlər İİV bağlı informasiyanın düzgün seçilməsi, auditoriyanın təşkili, valideyn-müəllim birliyinin təminatı və digər bu kimi amillərlə əhatə olunmalıdır”.

Layihənin eksperti Rəşad Rəhimovun fikrincə,  İİV problemi ciddiyətini ictimaiyyətin daha yaxşı anlaması üçün  profilaktika  gücləndirilməlidir:

“Çünki profilaktika həmişə müalicədən ucuz başa gəlir. Çox ümid edirik ki, bizim tədbirlərdə iştirak edən valideynlər həm informasiyanın yayılmasında bizə dəstək olacaqlar, həm də övladlarını İV müayinədən keçirməkdən imtina etməyərək  daha həssas mövzuların onlarla açıq müzakirəsini aparacaqlar”.  

Layihənin digər eksperti Samirə Vəliyeva hazırda İİV-lə baglı mövcud vəziyyətə  dair  statistikanı açıqlayıb.

Həmçinin İİV, yoluxma və qorunmaq yolları barədə ətraflı məlumat verib. Sonda layihə rəhbəri və ekspertlər tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Etikxeber.az

 

Read Previous

Futbolçularımızla fəxr edirəm – QURBAN QURBANOV – FOTO

Read Next

Qubadlısız 25 il…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir