Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri -Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və Xan Şuşinski Fondunun təşkilatçılığı ilə oktyabrın 11 -də Macarıstan Respublikasının Budapeşt şəhərində tədbir düzənlənəcək.
Bu haqda Etikxeber.az-a sözügedən Fondun prezidenti, Xalq atristi Xan Şuşinskinin qızı Bəyimxanım Çavanşirova-Verdiyeva məlumat verib.
O, qeyd edib ki, “Xaricdə yaşayan azərbaycanlılar arasında vətənpərvərliklə bağlı tədbirin keçirilməsi” adlı növbəti lahiyələrini ğercəkləşəcəklər.
“Tədbirdə vətənpərvərliklə bağlı çıxışlar olacaq. Tədbirdə Azərbaycanın tanınmış sənətkarları-Xalq artisti, Gəncə Dövlət Filarmoniyasının bədii rəhbəri Fikrət Verdiyev, Gəncə Dövlət Filarmoniyasının solistləri- Əməkdar artisti Sevinc Sarıyeva, Habil Əliyev, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ehtiram Hüseynov böyük konsert proqramı ilə çıxış edəcəklər”-deyə, B. Cavanşirova-Verdiyeva sözlərinə əlavə edib
Etikxeber.az