“Xersonu itirsələr, o zaman Mariupol bizim nəzarətimizə keçəcək…Proses Kiyevin, Xarkovun tutulması olmayacaq…”-UKRAYNA RƏSMİSİ

Rusiya qoşunları “Donbasın azad edilməsinə” cəmləşib, Kiyev, Xarkov və Odessanı tutmayacaqlar.

Etikxeber.az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Aretoviç brifinq zamanı deyib.

Qeyd edib ki, Rusiyada böyük şəhərləri ala bilməyəcəklərini anlayırlar və buna görə də diqqətləri Donbasa cəmləyir.

“Bir-iki həftə ərzində Rusiya qoşunlarını Kiyev və Xarkov vilayətlərindən çıxararaq Donbasa köçürəcək. Onlar böyük şəhərləri ala bilməyəcəklərini anlayıblar”-deyən Aretoviç eyni zamanda, rus qoşunlarının Kiyev, Xarkov və Odessanı tutmayacağına işarə edib.

“Onların indi üç vəzifəsi var: qoşunlarımızı mühasirəyə almaq, Mariupolu tamamilə tutmaq və Cənubu saxlamaq. Əgər onlar Xersonu itirsələr, o zaman Mariupol bizim nəzarətimizə keçəcək. Proses Kiyevin, Xarkovun tutulması olmayacaq”– deyə, Arestoviç sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Son bəyanat qiyam xarakteri daşıyır və dərhal qarşısı alınmalıdır”-MİLLƏT VƏKİLİNDƏN RUSİYA MN-Ə SƏRT TƏPKİ

Read Next

Martın 28-də Xankəndiyə qazın verilməsi bərpa olunacaq-“AZƏRİQAZ”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir