Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Peru Respublikasının Xarici İşlər Nazirliyindən daxil olmuş notada həmin ölkənin siyasi-diplomatik, iqtisadi-ticarət, investisiya, mədəni və bir çox digər sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi məqsədilə yaxın zamanlarda iqamətgahı Bakı şəhərində olmaqla Azərbaycanda səfirlik açmaq niyyəti ifadə olunub.
XİN-in mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Peru Respublikasının bu qərarını alqışlayır və səfirliyin fəaliyyətinin iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafına töhfə verəcəyini bildirir.
Etikxeber.az