XİN Türkiyəyə başsağlığı verdi-TÜRKİYƏDƏKİ SƏFİRLİYİMİZ BU ÖLKƏDƏKİ AZƏRBAYCAN VƏTƏNDAŞLARINA MÜRACİƏT ETDİ – YENİLƏNİB

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyədə baş verən zəlzələ ilə əlaqədar başsağlığı verib.

Etikxeber.az xəbər verir ki, paylaşımda deyilir:

“Qardaş Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərləri dərin hüznlə qarşıladıq. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Azərbaycan Türkiyənin hər zaman yanındadır”.

***

Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkədəki vətəndaşlarımıza müraciət edib.

Müraciətdə deyilir:

“Kahramanmaraş və ətraf vilayətlərdə baş vermiş zəlzələdə zərərçəkən Azərbaycan Respublikasi vətəndaşlarının +90 532 577 61 68 nömrəli qaynar xətt vasitəsilə Azərbaycan Respublikasinin Türkiyə Respublikasındakı səfirliyi ilə əlaqə saxlamaları xahiş olunur”.

Etikxeber.az

Read Previous

Müğənni Zeynəb Dostəliyeva-VƏFAT ETDİ

Read Next

İlham Əliyev Ərdoğana-BAŞSAĞLIĞI VERDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir