“Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində mütəşəkkil müqavimət göstərə bilməyən Ermənistan silahlı qüvvələri bölmələrinə atəşlə ciddi ziyan vurulub…”-MÜDAFİƏ NAZİRLİYİ – DÜŞMƏNİN DAHA BİR “PUA”-SI MƏHV EDİLDİ, DÜŞMƏN YENƏ TƏRTƏR, BƏRDƏ, NAFTALAN, GORANBOY VƏ QUBADLINI ATƏŞƏ TUTDU – FOTO – YENİLƏNİB – (5)

Oktyabrın 23-ü gün ərzində və 24-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun cəbhənin müəyyən edilmiş istiqamətlərində döyüş fəaliyyətlərini davam etdirib.  

Cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində mütəşəkkil müqavimət göstərə bilməyən Ermənistan silahlı qüvvələri bölmələrinə atəşlə ciddi ziyan vurulub. Düşmənin silah və sursat, yanacaq ehtiyatları anbarları sıradan çıxarılıb.

Bəzi istiqamətlərdə düşmən nizamsız qaydada mövqeləri tərk edərək geri çəkilib. Əhəmiyyətli kommunikasiya xətləri nəzarətə götürülüb, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb və vacib yüksəkliklər azad edilib.

Hazırda bütün cəbhə boyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

08:43

***

Oktyabrın 23-ü gündüz saatlarında Cəbrayıl rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus “BZEZ” zərbə pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib.

Bu barədə də MN-dən bildirilib. 

10:29

***

Düşmən yaşayış məntəqələrimizi atəşə tutur.

MN-dən bildirilib ki, Tərtər və Bərdə rayonunun ərazilərindəki yaşayış məntəqələrimiz düşmən tərəfindən atəşə tutulur.

11:00

***

Düşmən Goranboy-Naftalan istiqamətindəki ərazilərimizi atəşə tutur.

Bu barədə yenə MN-dən məlumat verilib.

11:02

***

Ermənistan silahlı qüvvələri Ağdərə istiqamətindən Naftalan və Tərtər rayonlarının ərazisini yaylım atəşli reaktiv sistemlərdən (YARS) atəşə tutur.

Bu haqda MN məlumat yayıb.

11:30

***

Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur.

MN-dən verilən məlumata görə, döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur.

Ermənistan tərəfinin bu təxribatı törətməkdə məqsədi Azərbaycan Ordusunu cavab tədbirləri görməyə təhrik etməkdir.

11:41

***

Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur.

MN-dən verilən məlumatda deyilir ki, Azərbaycan Ordusu bölmələrinin Laçın və Qubadlı istiqamətlərində həyata keçirdiyi əməliyyatların qarşısını almaq məqsədilə Ermənistan növbəti təxribata əl atıb.

Belə ki, hazırda Ermənistanın Gorus və Qafan rayonları ərazisində, dövlət sərhədinə yaxın yerdə döyüş mövqeyi tutan düşmənin raket və artilleriya qurğuları Laçın və Qubadlı ərazilərini güclü atəşə tutur.

Qarşı tərəfin məqsədi Azərbaycan Ordusunu Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir.

Etikxeber.az

Read Previous

“Prezident öz müsahibələrində rəsmən bir qalib sərkərdə kimi, hərbi-siyasi müstəvidə orudumuzun və diplomatiyamızın yolunu açır, onun irəliyə doğru maneəszi hərəkət etməsi üçün bu müqəddəs yolu bir növ hərbi-strateji və diplomatik minalaradan, tələlərdən təmizləyir!”-HİKMƏT BABAOĞLU

Read Next

Daha 792 yeni yoluxma-DAHA 8 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir