“Yalnız və yalnız bu ölkə və onun rəhbərliyi ilə güc dili ilə danışmaq lazımdır…Başqa çarə yoxdur”-ELMAN NƏSİROV

Oktyabrın 9-dan 10-na keçən gecə Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin iştirakı ilə tərəflər arasında əsasında humanitar atəşkəsin tətbiq olunması ilə bağlı razılaşma əldə olunub. Razılaşmanın əldə olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri atəşkəsi kobud şəkildə pozaraq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutublar. Gecə saatlarından başlayaraq Gəncə, Mingəçevir, Tərtər, Ağdam və mülki əhalinin yaşadığı digər ərazilərə raketlərdən zərbələr endirilib. Bu raketlər Azərbaycan ərazisinə Ermənistan ərazisindən atılıb. İnsan tələfatı və xeyli sayda yaralı var. Yaralılar arasında azyaşlı körpələrin olması insanı lap hiddətləndirir. Bu, bir daha göstərir ki, Ermənistan terrorçu, təcavüzkar və təxribatçı ölkədir.

Etkxeber.az xəbər verir ki, bunu  deputat Elman Nəsirov söyləyib.

O, diqqətə çatdırıb ki, baş verənlər Ermənistanın sülh yolu ilə torpaqları geri qaytarmayacağını bir daha yəqinləşdirir:

“Humanitar atəşkəs müddətində prinsip və qaydalara məhəl qoymayan Ermənistan müharibə istəyir. Necə ki, 30 ildir öz bildiyini edir. Yalnız və yalnız bu ölkə və onun rəhbərliyi ilə güc dili ilə danışmaq lazımdır. Başqa çarə yoxdur. Düşmən Azərbaycan Prezidentinin ona verdiyi şansdan istifadə etməyi bacarmadı”.

Deputat bildirib ki, Ermənistanın Gəncədə təxribat törətməsi həm də onun Rusiya rəhbərliyinə, bu ölkənin xarici işlər nazirliyinə olan saymazlığının ifadəsidir:

“Paşinyan Rusiyanın vasitəçi kimi təşəbbüsünü heçə sayaraq, bu əməli törətdi. Məqsəd Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu işə cəlb etməkdir. Hesab edirəm ki, Ermənistanın bu təşkilatdan çıxarılması məsələsi ortaya qoyulmalıdır. Bu ölkə regionda müharibənin miqyasının genişlənməsini istəyir”.

E. Nəsirov qeyd edib ki, Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan heç bir vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü qoruyacaq. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!

Etikxeber.az

Read Previous

“Xain düşmən, işğalçı Ermənistan yenə iç üzünü göstərdi, atəşkəs razılaşmasını pozdu, Gəncədə insanlıq dramı törətdi…Cavablarını alıblar, alırlar və alacaqlar…Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır!”-ELDƏNİZ SƏLİMOV YAZDI

Read Next

“Ağdam, Tərtər və Goranboy yenidən atəşə tutulur…Qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü qoruyur…”-MÜDAFİƏ NAZİRLİYİ – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir