Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Tanınmış ictimai-siyasi və dövlət xadimi, Ali Sovetin keçmiş sədri, bir müddət Prezident səlahiyyətlərini icra etmiş etmiş professor Yaqub Məmmədovun növbəti-yubliey doğum günüdür.
Etikxeber.az-ın xəbərinə görə, bu gün Y. Məmmədovun 80 yaşı tamam olur.
Qeyd edək ki, Y. Məmmədov 1941-ci il mart ayının 3-də Gədəbəy rayonunun Əli-İsmayıllı kəndində anadan olub.
Keçmiş Tibbi İnstitutunu-indiki Azərbaycan Tibb Universitetini (ATU) bitirib.
Hazırda da ATU-nun professorudur.
5 mart-18 may 1992-ci il tarixlərində keçmiş Ali Sovetin sədri, həm də Prezident səlahiyyətlərinin icraçısı olub.
Həmçinin, 1992-ci ildə prezident seçkilərində iştirak edib.
2005-ci ildə parlament seçkilərinə də qatılıb.
Y. Məmmədov 370-dən artıq elmi əsərin müəllifidir.
Onlardan 205-i xaricdə çap olunub.
Müəlliflik şəhadətnamələrinin və patentlərinin sayı 38-dir.
Onun rəhbərliyi altında 24 elmlər namizədi və 8 elmlər doktoru elmi iş müdafiə ediblər.
Təbrik edirik!
Etikxeber.az