Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Dünyada ildə yarım milyon ana doğuş zamanı dünyasını dəyişir”.
Etikxeber.az xəbər verir ki, bu fikri Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədri Əhliman Əmirasalanov oktyabrın 24-də parlamentlə Avropa Parlamentinin ana və uşaq ölümünə həsr olunmuş dəyirmi masasında deyib.
Onun sözlərinə görə, dünyada ana ölümün 50 faizi Afrika ölkələrinin payına düşür. Komitə sədri deyib ki, bu, təkcə səhiyyənin deyil, eyni zamanda, cəmiyyətin də problemidir. “Ana ölümü məsələsində inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında da ciddi fərq var. Dediyim kimi, ana ölümünün 50 faizi Afrikanın payına düşürsə, inkişaf etmiş ölkələrdə ana ölümü cəmi bir faiz təşkil edir”– deyə, Ə.Əmirasalanov bildirib.
Dünyada ildə 5 yaşınadək uşaq ölümünün də ciddi problem olduğunu dilə gətirən komitə sədri əlavə edib ki, 1990-cı ildə dünyada ildə 12 milyon 5 yaşınadək uşaq ölürdüsə, görülən tədbirlər nəticəsində, 2012-ci ildə bu rəqəm 6,5 milyon olub. “2015-ci ildə isə dünyada ildə 5,9 milyon 5 yaşınadək uşaq dünyasını dəyişib ki, bu da müasir dünyamızda çox dəhşətli hadisədir. Ona görə də bu ciddi problem aradan qaldırılmalıdır”– deyə, komitə sədri vurğualyıb.
Ə.Əmirasalanov onu da əlavə edib ki, 1990-cı ildə gündə 36 min 5 yaşınadək uçaq dünyasını dəyişirdisə, 2015-ci ildə bu rəqəm iki dəfə azalaraq 18 minə enib. “Burada əsas problem səhiyyə xidmətinin zəif olmasıdırsa, digər səbəbə isə cəmiyyətdəki digər faktorlardır. Xüsusən də, qida çatışmazlığıdır. Ona görə ki, uşaq ölümünün 55 fazizi səhiyyə xidmətinin üzərində düşürsə, 45 faizi də digər faktorlar rol oynayır”.
Azərbaycanda bu sahədə görülən işlər və vəziyyət barədə məlumat verən komitə sədri deyib ki, bu sahədəki problemlərin aradan qaldırılması Azərbaycan Prezidentinin siyasətinin əsas prioritetini təşkil edir. “Məhz onun həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanda həm doğuş zamanı ana , həm də uşaq ölümünün sayı kəskin azalıb”– deyə, o, vurğulayıb.
Bununla belə o, deyib ki, Azərbaycanda da bu sahədə problemlər var və həmən problemlərin tədricən aradana qaldırılması istiqamətində işlər görülür.
Etikxeber.az