“Yaşıl enerji” ilə işləyəcək ilk məscid tezliklə Omanda tikiləcək

Dünyada tamamilə “yaşıl enerji” ilə işləyəcək ilk məscid tezliklə Omanda tikiləcək.

Etikxeber.az “RİA Novosti”yə istinadla xəbər verir ki, layihənin yaradılması üzrə işlərin 90 faizi başa çatıb. “Hazırda məscidin damında günəş panellərinin quraşdırılması işləri aparılır”, – deyə layihənin baş memarı Badra Əl-Hadabi bildirib.

Memar qeyd edib ki, məsciddə eyni vaxtda 50 nəfər ibadət edə biləcək. Memar tikilinin ölçüsünün belə kiçik olmasını məkanın sərinləşdirmə sistemi üçün həddən çox enerji tələb olunması ilə izah edib.

B.Əl-Hadabi bildirib ki, ölkədə istehlak edilən enerjinin böyük hissəsi sərinləşdirmə sistemi üçün istifadə olunur. O, ümid edir ki, layihə bütün Sultanlıqda tikinti sənayesi üçün model olacaq.

Etikxeber.az

Read Previous

Ərdoğanın Afrika ölkələrinə səfəri olacaq

Read Next

Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir