“Yaşıl ideya-Yaşıl həyat “- “Bu cür ekoloji layihələr hər zaman dəstəklənir və dətəklənəcək” – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 10-cu qrant müsabiqəsində qalib olmuş “Yaşıl ideya-Yaşıl həyat” adlı layihənin ilk təlimi və açılış mərasimi Bakı Biznes və Kooperasiya Kollecində keçirilib.

Etikxeber.az xəbər verir ki, cıxış edən layihə rəhbəri Nicat Kamilov layihənin həyata keçirilməsində göstərdiyi maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna təşəkkür etmiş və layihənin əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib.

elman-13

elman-14

elman-15

elman-16

elman-17

Bakı Biznes və Kooperasiya Kollecinin direktoru Fatimə Quliyeva çıxış edərək layihənin mövzusunun müasir dövrümüzün ən ciddi problemlərindən biri olduğunu bildirib. Azərbaycan dövlətinin bu istiqamətdə gördüyü işlərdən və əldə olunan nəaliyyətlərdən danışan F.Quliyeva ekologiyanın qorunması istiqamətində Ulu öndər Heydər Əliyevin söylədiyi dəyərli fikirləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bu gün artıq bu sahəyə cənab Prezident İlham Əliyevin xüsusi həssaslıqla yanaşdığını bildirən F.Quliyeva ölkə başçısının iştirakı və təşəbbüsü ilə tez tez ağacəkmə kampaniyalarının keçirilməsini, ölkə ərazisində yaşıllıqların hər il daha da artırılmasını və bu cür ekoloji layihələrin hər zaman dəstəkləndiyini bildirib.

Daha sonra çıxış edən bu sahə üzrə mütəxəssislər və müəllimlər Ağamehdi Ramazanov və Sahil Murtuzarov ölkəmizin dünya üzrə ekoloji problemlər qarşısında mövcud vəziyyətini dəyərləndirib, iqtisadi inkişaf nəticəsində təbiətə vurulan zərərlərin minimum həddə çatdırılması üçün yeni ideya və texnologiyaların istifadəsindən danışıblar.

Ekologiya üzrə mütəxəssis, Bakı Dövlət Universitetinin doktorantı və layihənin təlimçisi Xumar Dadaşova ekologiyanın nə olmasını, onun inkişaf tarixini, ekologiyanın vəzifələrini, metodlarını və qlobal ekoloji problemləri təlim iştirakçılarına izah edib. Dünya və ölkəmiz üzrə Milli parkların faiz bölgüsündən danışan X.Dadaşova hər il bu göstəricinin azalmasının gələcəkdə çox böyük fəlakətlərə yol açaçağını bildirib.

Təlim qarşılıqlı diskusiyya və fikir mübadiləsi şəklində keçirilmiş və iştirakçılar tərəfindən çox böyük maraqla qarşılanıb.

Etikxeber.az

Read Previous

Abbas Ələsgərov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi – SƏRƏNCAM

Read Next

“Bu tədbirlərin yüksək səviyyədə keçirilməsi göstərir ki…” – MEHRİBAN ƏLİYEVA- FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir