Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalı artıq bir həftədir ki, teatrsevərləri maraqlı tamaşalarla sevindirir.
Etikxeber.az xəbər verir ki, festival çərçivəsində sentyabrın 21-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi Şəki teatrının səhnəsində Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında səhnələşdirilmiş eyniadlı tamaşanı nümayiş etdirib.
Litvalı rejissor Yonas Vaytkusun quruluş verdiyi tamaşanın quruluşçu rəssamı Arturas Şimonis, geyim üzrə rəssam Sandra Straukayte, musiqi tərtibatçısı isə Alqirdas Martinaytisdir.
Tamaşada Nizami Gəncəvi rolunu Əməkdar Artist Fuad Osmanov, Xeyir obrazını Teymur Rəhimov, Şər rolunu isə Maqsud Məmmədov canlandırıblar. Həmçinin Xalq Artisti Yuri Baliyev, əməkdar artistlər Naina İbrahimova, Əsgər Rəhimov və başqaları yaddaqalan səhnə obrazları yaradıblar.
Uğurla başa çatan tamaşanın sonunda kollektivə festivalın təşkilatçıları adından hədiyyə təqdim olunub.
Festivalın proqramına uyğun olaraq, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının kollektivi sentyabrın 22-də teatrsevərlərə Səməd Vurğunun “Vaqif” dramı əsasında səhnələşdirilmiş eyniadlı tamaşanı təqdim edəcək.
Etikxeber.az