“Yeni icra başçısını hələ “komsomol”dan tanıyıram…” – AĞCABƏDİNİN DEPUTATI

Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları, kadr təyinatları, kadr dəyişiklikləri müzakirə olunmur, müzakirəyə açıq deyil. Bu, onun müstəsna səlahiyyətidir və kimsə ona müdaxilə edə, qarışa bilməz. Bununla belə, ölkə Prezidentinin son iki təyinatı çox uğurlu, çox yerində olan təyinat, kadr əvəzlənməsidir. Dövlət başçısının bu təyinatlarını çox bəyənirəm, çox müsbət qiymətləndiriəm, alqışlayıram.

Bunu Etikxeber.az-a açıqlamasında Ağcabədi rayonundan millət vəkili Tahir Rzayev adıçəkilən rayonun icra başçısı Şahin Məmmədovun Masallıya, Masallının icra başçısı Rafil Hüseynovun isə Ağcabədiyə icra başçısı göndərilməsinə münasibətini bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, həm Şahin Məmmədov, həm Rafil Hüseynov layiqli kadrlardır, öz işlərini bilən, peşəkarlıqla yerinə yetirən insanlardır.

“Ən əsası hər ikisi də olduqca sadə, insanlara yaxın olan şəxslərdir. Hər zaman insanlarla, vətəndaşlarla ünsiyyətə açıq, səmimi olublar, insanların fikirlərini, təkliflərini, onları narahat edən məsələləri dinləyiblər və həlli istiqamətində addımlar atıblar.

Şahin Məmmədov artıq bir neçə il idi ki, Ağcabədi rayonuna başçılıq edirdi. Onun icra başçısı olduğu dövrdə Ağcabədi böyük inkişaf yolu keçdi. Ağcabədinin siması dəyişdi, gözəlləşdi. Eyni zamanda, Rafil müəllimin Masallıya icra başçısı təyin edildiyi dövrdən bu rayonda böyük inkişaf baş verdi. İstər Ağcabədi, istərsə də Masallı bu illər ərzində Azərbaycanın ən inkişaf etmiş, ən qabaqıcıl bölgələrindən birinə çevrildilər. Buna da hər kəs şahiddir.

Rafil müəllimi də uzun illərdir tanıyıram. Hələ “komsomol” dövründən bir-birimizi tanıyırıq, bir-birimizə hörmətimiz var. O, sonra başqa yüksək vəzifələrdə çalışdı, son illər isə Masallının İcra Hakimiyyəti başçısı vəzifəsində işlədi və hər yerdə olduğu kimi, bu işində də özünü, ona göstərilən etimadı tam doğrultdu.

Odur ki, hər iki təyinatı olduqca müsbət, yerində olan təyinat hesab edirəm, hər ikisinə də öz işlərində növbəti uğurlar arzulayıram. İnanıram ki, Şahin müəllimin Masallıdakı, Rafil müəllimin Ağcabədidəki fəaliyyəti də uğurlu və müsbət olacaq…”-deyə, T. Rzayev sözlərinə əlavə edib.

Bununla yanaşı, T. Rzayev R. Hüseynovun hələlik Ağcabədi də olmadığını və İcra Hakimiyyətinin kollektivinə təqdim edilmədiyini bildirib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Etməyəcəksinizsə, bir daha danışmayın” – OSMAN KAZIMOVDAN TOFİQ YAQUBLUYA İRAD

Read Next

“Elə insan var ki, yaşca cavandır, amma təfəkkürcə qocadır…” – RAFAEL HÜSEYNOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir