Yoluxmada və ölüm sayında növbəti artım-4129 VƏ 20 NƏFƏR…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 129 yeni yoluxma faktı qeydə alınıb, 968 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 377 304 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 341 142 nəfər müalicə olunaraq sağalıb, 5 208 nəfər vəfat edib, aktiv xəstə sayı 30 954 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 740, ötən müddət ərzində isə ümumilikdə 4 252 882 test aparılıb.

Etikxeber.az

Read Previous

3 Şəhid qardaşdan biri-XƏQANİ ASLANOVUN BU GÜN 66 YAŞI TAMAM OLUR-BUNUNLA BAĞLI BİNƏ QƏSƏBƏSİNDƏ MƏRASİM DÜZƏNLƏNİB – FOTOLAR – YENİLƏNİB

Read Next

Ailənin 3 oğlan övladından biri…Döyüş yolu bir ay çəkən-27 yaşında Şəhid olan-ELVİN SƏXAVƏT OĞLU ABASOV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir